6aylıq südəmər şəhid vaiz


Digərləri 06 Okt 2018 07:11:00 300 0

6aylıq südəmər şəhid vaiz

Kərbəla səhnəsində hər kəsi ən narahat edən mövzulardan biri də məhz 6-aylıq südəmər Əli Əsğər ağanın oxlanaraq şəhid edilməsidir. Bir az dərindən düşündükdə? insanda belə bir sual yaranır: Görəsən düşmən tərəfini 6-aylıq uşağı oxlamağa nə vadar etdi? Çünki, heç bir düşmən öz azğınlığını ifşa edəcək bu cinayətə əl atmağa asanlıqla razı ola bilməz. Bəs görəsən Əli Əsğər nə üçün oxlandı?

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) eşq karvanını Mədinədən Məkkəyə və oradan da Kərbəlaya sürərkən, hədəfinin əmr-be-məruf və nəhy-əz-münkər olduğunu bildirmişdi. Bu baxımdan yol boyu İmam (ə) itmami-hüccət - hüccəti tamamlamaq üçün bütün fürsətləri müsbət dəyərləndirirdi. Tarixdə İmamın (ə) bu yol boyu bir çox insanları ayıltmaq və bu karvanın məramını izah etmək üçün etdiyi çıxışlar qeyd edilib.

Eyni zamanda Kərbəlada düşmən qoşununa da dəfələrlə öz kimlyini tanıtmaqla, İn=mam Hüseyn (ə) onları ayıltmağa çalışıb. İmamın (ə) bu çıxışları zamanı düşmən qoşunundan 30 nəfərdən çox insan İmama (ə) qoşularaq, doğru seçimlərini ediblər. Düşməni əsil qorxudan da bu idi. Məlun düşmən İmamın (ə) sözlərinin təsirini bilirdi və bütün hadisəni dəyişə biləcək gücə malik olduğunu gözəl anlayırdı. Bu səbəbdən idi ki, Şimr Zilcövşən (lən) İmama (ə) "Bura qılınc meydanıdır, moizə meydanı deyil" deyərək, cəsarət edir. İmam (ə) düşmən qoşununa yaxınlaşıb hüccəti tamamlamaq istəyərkən, qarşı tərəf səs-küy salaraq, İmamın (ə) səsinin qoşun cərgələrinə çatmasına da mane olurdu.

Amma Əli Əsğər ağa İmamın (ə) qucağında tam fərqli şəkildə "vaizlik" etməyə başladı. Düşmən bunu gözləmirdi. Düşmən bu uşağın sözünü necə kəsəcəyini bilmirdi. Onlar çox gözəl anlayırdı ki, uşağın ağlaması və susuzluqdan çırpınması düşmən cərgələrində çox fərqli reaksiyalara səbəb ola bilər. Hətta düşmən sıralarında "Biz Hüseyn (ə) ilə döyüşürüksə, bu uşağı susuz qoymaq, onu bu cür duruma gətirmək nəyə lazımdır?!" kimi pıçıltılar sürətlə artmaqda idi.