Pakistan müxalifətinin lideri korrupsiyaya görə tutuldu


Dünya 05 Okt 2018 18:24:31 325 0

Pakistan müxalifətinin lideri korrupsiyaya görə tutuldu

Pakistanın aparıcı müxalifət partiyasının (Pakistan Müsəlman Liqasının) lideri Şahbaz Şərif tutulub.

Son.az report-a istinadən xəbər verir ki, o, Pəncab əyalətinin hökumət başçısı olduğu 2013-2018-ci illərdə korrupsiya ilə məşğul olmaqda şübhəli bilinir.

Keçmiş Baş nazir Nəvaz Şərifin qardaş Şahbaz Şərif oktyabrın 5-də ifadə verib.

O, Pəncab əyalətinin su təchizatına dair bir sıra layihələrin reallaşmasına dair korrupsiya ilə bağlı ifadə verdikdən sonra saxlanılıb. O, hökumət başçısı olarkən əyalətin su təchizatı ilə bağlı "Saaf Pani" adlı şirkət yaradılıb.

Şirkətin icraçı direktoru Vasim Acamal və mühəndis Kamarul İslam Raca artıq istintaqın gedişində tutulublar.

Qeyd edək ki, bu il sentyabrın 19-da Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif 500 min rupi (4000 dollar) girov qarşılığında azadlığa buraxılıb.