Bakıda əri tərəfindən öldürülən qadının məktubu ortaya çıxdı TƏFƏRRÜAT


Digərləri 05 Okt 2018 17:37:00 273 0

Bakıda əri tərəfindən öldürülən qadının məktubu ortaya çıxdı  TƏFƏRRÜAT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda prokuror Vüqar Quliyev ittiham aktını elan edib. 

İttihama münasibət bildirən Z.Rəsulov özünü təqsirli bildiyini deyib. Onun sözlərinə görə, arvadını öldürməsinə səbəb insanları aldatması olub: 

"Bəzi insanlardan, banklardan borca pul almışdı. Gündə bir qadın qapımızı döyüb, pul istəyirdi. Mən də bunun səbəbini arvadımdan soruşdum. Dedim ki, insanlardan 90 min manata yaxın pul almısan, bu pulu nəyə xərcləmisən? O isə mənə düzünü demirdi. Borc verənlər bizi narahat edirdi, mən də əsəbləşib onu qətlə yetirdim". 

O, arvadını necə öldürməsini izah edə bilməyib: