Əli Mirəliyev xəstəxanalıq oldu


Şou-biznes 05 Okt 2018 17:28:00 342 0

Əli Mirəliyev xəstəxanalıq oldu

Tanınmış müğənni Əli Mirəliyevin başına iş gəlib. Sənətçi xəstəxanalıq olub.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Ə.Mirəliyev Mərdəkandakı bağında işləyərkən xəsarət aldığını bildirib:

"Bağda işləyirdim, ayağım armaturla pilləkan arasında sıxılıb qaldı. Evdəkilər xəbər tutdu, tez həkimə çatdırdılar. Sağ olsun həkimlər yardım etdi, iynə vurdular, ağrılardan ölürdüm. İndi yaxşıyam, axsaya-axsaya yeriyirəm".