Azərbaycanda 92 qanunsuz miqrant saxlanılıb (FOTO)


Digərləri 05 Okt 2018 16:53:00 285 0

Azərbaycanda 92 qanunsuz miqrant saxlanılıb (FOTO)

Dörd gün ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 92 əcnəbi saxlanılıb.

Bakı. Dörd gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 92 əcnəbi saxlanılıb. DMX-dən Trend-ə verilən məlumata görə, saxlanılmış şəxslərdən 18 nəfərinin Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 69-nun isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.