"Qarabağ" "Arsenal" oyunundan sonra 18 mindən çox sərnişin daşınıb VİDEO


Digərləri 05 Okt 2018 16:43:00 278 0

"Qarabağ"  "Arsenal" oyunundan sonra 18 mindən çox sərnişin daşınıb  VİDEO

Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ" -"Arsenal" futbol qarşılaşmasından sonra Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri yerinə yetirib.

Agentlikdən Son.az-a verilən məlumata görə, oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun "Qara Qarayev", "28 May" stansiyalarına) fəaliyyət göstərən ekspres xətt avtobusları ilə ümumilikdə 18 265 nəfər sərnişin daşınıb.

Prosesə ümumilikdə 260 sərnişin avtobusu cəlb edilib.