Qəzəbli fil turistlərə hücum çəkdi VİDEO FOTO


Digərləri 05 Okt 2018 16:47:00 306 0

Qəzəbli fil turistlərə hücum çəkdi  VİDEO  FOTO

Qəzəblənmiş erkək fil safariyə çıxmış turistləri görəndə onlara hücum çəkib. Film turistlərin olduğu maşını aşıra bilməsə də, əməllicə əzib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Victoria Falls National Park"da Avropa və Yaponiyadan olan turistlər üstü açıq ekskursiya avtomobilində Afrika buşu ilə hərəkət edirdilər. Parkın reynceri onlara sağ tərəfdə otlayan, dişlərinin uzunluğu yarım metr olan erkək fili göstərirdi.

Fil qəflətən maşına hücum edib. O, sürücünü öldürməyə çalışıb.

Sürücü maşından atılaraq kənara qaçıb. Qorxularından qiyyə çəkən turistlər isə baş verənləri mobil telefonlarla çəkiblər.

Az sonra fil sakitləşib və uzaqlaşıb.


Xəbərə aid fotolar