Ovlanması qadağan edilən balıq növlərinin ADLARI açıqlandı


Digərləri 05 Okt 2018 16:34:00 417 0

Ovlanması qadağan edilən balıq növlərinin ADLARI açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ovlanması qadağan edilən balıq növlərinin adlarını açıqlayıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil olan və ovu qadağan edilmiş balıqlar dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığıdır.

Qeyd edək ki, bir qədər əvvəl ETSN icazə verilən balıq ovuna görə dövlət rüsumlarını açıqlayıb. Bir ton kütüm, şamayı, xəşəm, xərçəngkimi balıq növlərinin ovu üçün 287 manat, çəki, sıf növləri üçün 230, siyənək 143,75, kilkə 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manat ödəniş edilməlidir.