Paşinyan “vor zakon”larla ittifaq yaradır


Dünya 05 Okt 2018 15:57:00 380 0

Paşinyan “vor zakon”larla ittifaq yaradır

Ermənistanın baş naziri Nikol Paşinyan Robert Koçaryan və Serj Sarkisyanın komandalarına qarşı müqaviməti gücləndirmək üçün "vor zakon"larla (qanuni oğrular) ittifaq yaratmağa başlayıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "İravnuk" qəzeti hökumətdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Nikol Paşinyan parlament və parlamentdən kənar siyasi qüvvələrin mövqeyini nəzərə almadan ölkəni növbədənkənar seçkilərə aparmağa çalışdığı bir vaxtda, baş nazirin birinci müavini və Paşinyanın "sağ əli" Ararat Mirzoyana heç də asan olmayan missiya tapşırılıb. Belə ki, Mirzoyan erməni "vor zakon"larla danışıqlar aparıb, onları Paşinyanla ittifaqa cəlb etmlidir. 

"Əldə etdiyimiz məlumatlara görə, Mirzoyan Ermənistan daxilində yaranmış siyasi böhran vəziyyətilə əlaqədar kriminal avtoritetlərlə görüşüb danışıqlar aparmalıdır. Çünki kriminal aləm Nikol Paşinyana birmənalı dəstəyini ifadə etməsinə baxmayaraq, əməkdaşlıq üçün onların da öz şərtləri var. Tələblər isə əsasən silahdaşlarının amnistiyası ilə bağlıdır" - "İravnuk" yazıb.