“Feysbuk hesabımı özüm idarə edirəm”


Digərləri 05 Okt 2018 13:21:29 271 0

“Feysbuk hesabımı özüm idarə edirəm”

Feysbuk hesabımı özüm idarə edirəm. Ola bilər ki, müəyyən mesajlara, şərhlərə cavab gecikə bilər. Amma mümkün olduğu qədər bütün müraciət və məktubları oxuyuram.

Son.az qafqazinfo-ya istinadən xəbər verir bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "ASAN Radio"nun efirində deyib:

"Sosial şəbəkələrdəki fəallığım indi qismən azalıb, amma ümumən, millət vəkili olduğum dönəmdə də, hər hansı məlumatları və yenilikləri paylaşıram. İndi də imkan olduqca, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı məlumatlanmanı artırmaq üçün sosial şəbəkədən istifadə edirəm. Çünki orda müəyyən izləyici kütləm formalaşıb. Hesab edirəm ki, bu, çox effektiv metoddur. Orada yer alan sualları da cavablandırırıq. Vətəndaşlar hər hansı narahatlıqlarını, təkliflərini birbaşa göndərə də bilirlər. Bu baxımdan səmərəsini hiss edirəm.