TDƏŞ ölkələri Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan artıq sərmayə yatırıb


Digərləri 05 Okt 2018 13:22:30 272 0

TDƏŞ ölkələri Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan artıq sərmayə yatırıb

Türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev ilə görüşüb. Görüşdə Şahin Mustafayev yeni vəzifəyə təyin edilməsi münasibətilə Bağdad Amreyevi təbrik edib, fəaliyyətinin türkdilli ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyev türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir. Türkdilli ölkələr arasında iqtisadi münasibətlər inkişaf edir, ticarət əlaqələri genişlənir. 2017-ci ildə Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 11,4%, 2018-ci ilin 8 ayı üzrə isə 16% artıb. İnvestisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan TDƏŞ ölkələrinə 14 mlrd. ABŞ dollarından çox, TDƏŞ ölkələri isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan artıq sərmayə yatırıb. Nazir Şahin Mustafayev Azərbaycanın türkdilli dövlətlərin tədbirlərində fəal iştirak etdiyini və ölkəmizin bundan sonra da iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib, TDƏŞ-ə üzv ölkələr arasında ticarət, nəqliyyat-tranzit, turizm, İKT və s. sahələrədə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.