Sabah Azərbaycanda II Robot Olimpiadası keçiriləcək


Digərləri 05 Okt 2018 12:47:00 251 0

Sabah Azərbaycanda II Robot Olimpiadası keçiriləcək

Bakı İdman Sarayında (Azneft dairəsi) Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda II Robot Olimpiadası keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Sabah Bakı İdman Sarayında (Azneft dairəsi) Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda II Robot Olimpiadası keçiriləcək. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edən yarışlarda 20 təhsil müəssisəsindən 54 komanda iştirak edəcək. Yarışlar 4 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar 16-18 noyabr 2018-ci il tarixlərdə Tailand Krallığında keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaq. Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak etsə də, artıq bu say 70-i keçib.