Millət vəkili: "Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir"


Digərləri 05 Okt 2018 12:29:09 269 0

Millət vəkili: "Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir"

Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə müəllimlərin peşə bayramını təbrik edərkən deyib.

O qeyd edib: " Azərbaycanda təhsilə dövlət tərəfindən qayğı göstərilir. Ölkəmizdə son 15 ildə 3500 məktəb təmir edilib, yenidən tikilib. Azərbaycanda orta məktəb, eləcə də universitet məzunlarının uğurları göz qabağındadır. Deputatlar arasında da müəllimlik fəaliyyəti ilə məşğul olanlar var. Onları da bu gün münasibətilə təbrik edirəm".