Bakıda 17 yaşlı qızını zorlayıb, arvadına işgəncə verən kişi Ali Məhkəməyə müraciət etdi


Digərləri 05 Okt 2018 12:37:00 269 0

Bakıda 17 yaşlı qızını zorlayıb, arvadına işgəncə verən kişi Ali Məhkəməyə müraciət etdi

Qızını zorlayan, arvadına isə işgəncə verən şəxs Ali Məhkəməyə kassasiya şikayəti verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin zorlama və işgəncə vermə maddələri ilə məhkum olunan Malik Mirzəyev əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb. 

Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsində 17 yaşlı qızını zorlamaqda təqsirləndirilən 1960-cı il təvəllüdlü Malik Mirzəyev hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində 15 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Malik Mirzəyev 17 yaşlı qızı Samirəni (ad şərti verilib) zorlayıb. O, həmçinin həyat yoldaşına da işgəncə verib. Malik Mirzəyev Cinayət Məcəlləsinin 149-cu (zorlama), 150-ci (seksul hərəkətlər etmə) və 133-cü ( işgəncə vermə) maddələri ilə təqsirli bilinib.