Göyərçinlər necə sərxoş oldu?


Digərləri 05 Okt 2018 12:24:00 352 0

Göyərçinlər necə sərxoş oldu?

ABŞ-ın Minnesota ştatında polis yerli sakinlərə sərxoş bir qrup haqqında xəbərdarlıq edib.

Washingtonpost-un məlumatına görə, şəhərdə sərxoş gəzən gənclər yox, yerli quş dəstəsi olub. Göyərçinlər sərxoşluqdan müvazinətlərini saxlaya bilmirlər və halsız görünürlər.

Sərxoş göyərçinlərin özlərini pəncərələrə, avtomobillərə çırpması barədə polisə şikayətlər daxil olub.

Polis elan edib ki, erkən düşən şaxta giləmeyvələri adi haldan daha çox fermentləşdirdiyi üçün onları yeyən quşlar sərxoş olur.