“Əlimlə işarə edərək avtobusa “girmə” deyirdim”


Digərləri 05 Okt 2018 12:13:00 418 0

“Əlimlə işarə edərək avtobusa “girmə” deyirdim”

Oktyabrın 1-i Xəzər rayonu, Binə qəsəbəsində baş verən dəhşətli qəza zamanı həmin gün növbədə olan keçid növbətçisi Qabil Rzayev danışıb.

Son.az xəbər verir ki, o, Real TV-yə açıqlamasında hadisənin təfərrüatlarını bölüşüb:

""Dejurnı" zəng edib dedi qatar gəlir. Mən də çıxıb şlaqbaumu bağladım və bayrağı əlimdə tutub dayandım ki, qatarı yola salım. Həmin vaxt 160 saylı marşrut avtobusu qatarı sol tərəfindən vuraraq yoldan çıxartdı, qatar mən dayanan "plaşatka"ya daxil oldu.