Əməkdar artistin bu görüntüləri tənqid edildi VİDEO


Şou-biznes 05 Okt 2018 11:06:00 392 0

Əməkdar artistin bu görüntüləri tənqid edildi  VİDEO

Bu dəfə əməkdar artist Mehriban Xanlarova sosial şəbəkələrdə tənqidlərə məruz qalıb

.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış aktrisa ARB-də aparıcılıq etdiyi "Canım sizə desin" proqramının çəkilişi zamanı rəqs edib.

Onu Sevda Kazımova adlı ifaçı müşayiət edib. İnstaqram-da paylaşılan videodan görünür ki, müğənni Nadir Bayramlı "Leyli can" mahnısını səsləndirir, hər iki xanım şıdırğı rəqs edir.

Bu zaman Xanlarovanın göbəyi açıq qalıb, daha sonra aparıcı paltarını düzəltsə də, bu, sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.