İzacəsiz ov etdiyinə görə 1000 manat cərimələndi


Digərləri 05 Okt 2018 10:16:00 261 0

İzacəsiz ov etdiyinə görə 1000 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Bu barədə Son.az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin İmişli şəhər sakini Rüstəm Ələsgərov olduğu müəyyən edilib.

Faktla bağlı R.Ələsgərov barəsində protokol tərtib olunub, inzibati qaydada 1000 manat cərimə edilib və ov tüfəngi götürülüb.