Bülbülcana həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib (FOTO)


Digərləri 05 Okt 2018 10:14:08 220 0

Bülbülcana həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, xanəndə Bülbülcana (Əbdülbaqi Zülalov) həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, xanəndə Bülbülcana (Əbdülbaqi Zülalov) həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. Gülhüseyn Kazımlı və Vasif Quliyev tərəfindən qələmə alınan kitab Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib və “Təhsil” nəşriyyatında çap edilib. Mərasimdə çıxış edən Gülhüseyn Kazımlı Bülbülcanın musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışıb. Bülbülcanı fenomenal sənətkar kimi xarakterizə edən natiq onun yaradıcılıq yolu haqqında məlumat verib. Bildirib ki, kitabda muğam tariximizin ən parlaq səhifələrindən birini təşkil edən sənətkarın həyat və fəaliyyətinə nəzər yetirilir.