Səfir içməli sudan zəhərlənib


Dünya 05 Okt 2018 07:44:35 278 0

Səfir içməli sudan zəhərlənib

Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua ölkənin cənubunda yerləşən Bəsrə şəhərində çirklənmiş içməli sudan zəhərlənib.

Son.az Trend-ə istinadən bildirir ki, R.Blekua bu barədə öz Twitter səhifəsində yazıb.

R.Blekua bildirib: "Bu səhər mən özümü pis hiss etdim və bir neçə görüşü təxirə salmaq məcburiyyətində qaldım. YUNİSEF-in həkimi çirklənmiş sudan zəhərlənmə diaqnozu təyin etdi".