Reytinq rekordları qıran serialın yayımı DAYANDIRILA BİLƏR VİDEO


Digərləri 05 Okt 2018 07:07:00 313 0

Reytinq rekordları qıran serialın yayımı DAYANDIRILA BİLƏR  VİDEO

"Show TV"-nin reytinqləri qıran "Gülperi" serialı RTÜK (Radio və Televiya Yayım Şurası) tərəfindən cərimələnib.

Son.az xəbər verir ki, buna səbəb ekran işində Qaziantepin mənfi tərəfdən təbliğ olunmasıdır.

Baş rollarda Nurgül Yeşilçay və Timuçin Esenin oynadığı serialın çəkilişləri Qaziantepdə aparılır. Yerli sakinlər bildirib ki, Qaziantep layihədə pis təqdim olunur. Ən maraqlı reaksiyanı Şəhər Şurası verib. Şəhərin təbliği üçün milyonlarla lirə xərcləndiyini, amma serial üzündən əziyyətin heçə endiyi irəli sürüb.

"Gülperi" serialının çəkilişləri Qaziantepdə aparılmasına, Qaziantep mənzərələrinin göstərilməsinə və məşhur milli yeməklərinin yer aldığı səhnələrin olmasına baxmayaraq, regionun Taşkıran adlandırılması və Qaziantepin nömrəsinin 27 deyil, 82 (xəyali şəhər) nömrəli avtomobillərin istifadə edilməsi, əlavə olaraq tayfa həyatının ön plana çıxarılması ilk bölümdən böyük etiraza səbəb olub. Yerli sakinlər serialın yayımdan qaldırılmasını tələb edib.