Sumqayıtda malqara bazarı köçürülüb VİDEO


Digərləri 04 Okt 2018 21:12:00 266 0

Sumqayıtda malqara bazarı köçürülüb  VİDEO

Sumqayıtda mal-qara bazarı yerləşdiyi ərazidən köçürülüb. Yerinin isə təmizlənməsinə start verilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şəhərdə mal bazarı Sumqayıtın alüminum zavodu ərazisindəki Metallurq küçəsinə daşınıb. Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən mal bazarı sakinlərin ən çox şikayət etdiyi ərazilərdən sayılırdı. Çünki bazar şəhər mərkəzinə, eləcə də əhalinin sıx yaşadığı əraziyə yaxın məkanda yerləşirdi.

Sakinlərin sözlərinə görə, bazarın sökülməsi və kənar əraziyə köçürülməsi düzgün qərar olub.