Dövlət İmtahan Mərkəzi imtahanlarla bağlı yeni metod tətbiq edib VİDEO


Digərləri 04 Okt 2018 21:07:00 228 0

Dövlət İmtahan Mərkəzi imtahanlarla bağlı yeni metod tətbiq edib  VİDEO

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda ictimai nəzarəti artırmaq üçün yeni metod tətbiq edilməyə başlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, imtahanlarda iştirak edəcək nəzarətçilər sertifikatlışdırılacaq. Oktyabrın 1-dən başlayan və yanvar ayına qədər davam edəcək proses elektron qaydada həyata keçirilir.

Dövlət İmtahan Mərkəzinin bazasında olan 15 min nəzarətçi müəllimdən əlavə yeni nəzarətçilərin cəlb edilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Adıgözəl Həbibovun dediyinə görə, bu metod müxtəlif təşkilatlarda, şirkətlərdə işləyənlər üçün imtahan nəzarətçisi olmaq imkanı yaradır. Sertifikatlaşdırma üçün elektron qeydiyyatdan keçmək lazımdır.