Tovuzda qayın yeznəsini yandırdı


Digərləri 04 Okt 2018 21:09:00 300 0

Tovuzda qayın yeznəsini yandırdı

Tovuzda qayın yeznəsinin üzərinə benzin tökərək yandırıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Tovuz rayonunun Qovlar kəndində baş verib. Kənd sakini Vüqar Ələkbərov gecə saatlarında Elbrus Ələkbərovun evinə gəlib. Aralarında baş verən mübahisədən sonra onun üzərinə benzin tökərək od vurub. Bundan sonra Vüqar Ələkbərov hadisə yerindən qaçıb.

Zərərçəkən ailə üzvlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Onun bədən və kürək nahiyəsinin 20 faizinin yandığı müəyyən edilib. Xəstənin vəziyyəti orta ağır olduğundan Respublikla Yanğın Mərkəzinə göndərilməsi tövsiyə olunub.

Hadisəni törədən şəxs artıq saxlanılıb. Cinayətin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.