“Azərsun Holdinq”dən Cocuq Mərcanlıya dəstək (FOTO)


Digərləri 04 Okt 2018 20:12:00 367 0

“Azərsun Holdinq”dən Cocuq Mərcanlıya dəstək (FOTO)

Cocuq Mərcanlı kəndində şəkər çuğunduru əkin sahələrindən ilk dəfə məhsul toplanıb.

Bakı. 2016-cı ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən işğalından azad olunmuş Cocuq-Mərcanlı kəndində yeni iş yerlərinin yaradılması və insanların sosial-rifah halının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasətə uyğun olaraq “Azərsun Holdinq” də müxtəlif layihələr reallaşdırır. “Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, bu günlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində şəkər çuğunduru əkin sahələrindən ilk dəfə məhsul toplanıb. Adıçəkilən Şirkətlər Qrupunun dəstəyi ilə ildən ilə əkin ərazilərinin genişləndirilməsi, bununla da yeni iş yerlərin yaradılması nəzərdə tutulub.