MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib


Digərləri 04 Okt 2018 19:50:00 242 0

MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib

Tacikistannın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası keçirilib.

Bakı. Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası keçirilib. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, iclasa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistan gömrük xidmətlərinin, həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin nümayəndələri qatılıb. Tədbirdə Azərbaycan DGK sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev təmsil ediblər. Öncə toplantıda MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsi barədə məlumat verilib. Məlumatı MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Katibliyi təqdim edib. Sonra Özbəkistan Gömrük Xidmətinin təqdimatında "Dəmir yolu ilə daşınan malların gömrük əməliyyatları (gömrük rəsmiləşdirilməsi) və gömrük nəzarəti həyata keçirilərkən MDB üzv dövlətlərinin gömrük orqanları ilə dəmir yolu daşıyıcıları arasında qarşılıqlı əlaqəli Nümunəvi texnologiyalar layihəsi" və "MDB üzv dövlətlərin gömrük orqanlarının məlumat sistemlərinin və resurslarının informasiya təhlükəsizliyinə dair Nümunəvi tələblər" barədə məlumat verilib.