Zibili yandıranlar 500 manat cərimə edildi


Digərləri 04 Okt 2018 17:56:00 276 0

Zibili yandıranlar 500 manat cərimə edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu Nərimanabad kəndi ərazisində fəaliyyət göstərən avtomobillərə texniki xidmət məntəqələrində formalaşan müxtəlif mənşəli tullantıların qalaqlanaraq yandırıldığı aşkar edilib.

ETSN-dən Son.az-a verilən məlumata görə, faktla bağlı məntəqələrin sahibləri Sabirabad rayon sakinləri Fəqan Ağazadə, İmaməli Həsənov, Ulduz Kərimov və Mahir Bağırov barəsində protokollar tərtib olunub.