ABŞın ən zəngin insanlarının REYTİNQİ Soros "kasıblayıb"


Dünya 04 Okt 2018 17:34:00 231 0

ABŞın ən zəngin insanlarının REYTİNQİ  Soros "kasıblayıb"

"Forbes" jurnalı 24 il ərzində ilk dəfə ABŞ-ın ən zəngin insanlarının reytinqində lideri dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, indi ölkənin əsas multimilyarderi "Amazon" onlayn satış şirkətinin rəhbəri Ceff Bezosdur. O, ilinə 78,5 milyard dollar qazanmaqla "Microsoft"un təsisçisi Bill Qeytsi qabaqlayıb.

C.Bezosun ümumi varidatı 160 milyard dollar qiymətləndirir ki, bu da reytinqin tarixində rekord məbləğdir.

İkinci sıraya düşən "Microsoft" şirkətinin təsisçisinin varidatı 97 milyard dollar təşkil edir.