"Dadsız idi". 12 yaşlı qız və sevgilisindən DƏHŞƏTLİ ƏMƏL:


Digərləri 04 Okt 2018 16:32:00 924 0

"Dadsız idi". 12 yaşlı qız və sevgilisindən DƏHŞƏTLİ ƏMƏL:

22 yaşlı gənc 12 yaşlı sevgilisi ilə birlikdə 21 yaşlı oğlanı öldürüb şaqqalayıblar, sonra da bir neçə tikəsini bişiriblər.

Son.az NTV-yə istinadən bildirir ki, 21 yaşlı Aleksandr Popoviçin cəsədi Novinka qəsəbəsindəki evlərdən birində aşkarlanıb. Şaqqalanmış cəsədin bir neçə hissəsi sobada bişirilmişdi.

Mərhumun ürəyi, bağırsaqları və döş qəfəsinin bir hissəsi tikələr halında tavada, qızardılmış vəziyyətdə idi.

Leninqrad vilayətinin İstintaq Komitəsi 22 yaşlı Arkadi Zverevin və 12 yaşlı A. adlı qızın tutulduğunu bəyan edib.

12 yaşlı qız Soçi şəhərində evdən qaçıb və axtarışda olub.

A.Zverevlə onun 12 yaşlı "sevgilisi" A.Popoviçin evində qonaq olublar. Oktyabrın 2-dən 3-nə keçən gecə ev sahibi ilə qonaqlar arasında dava düşüb.


Xəbərə aid fotolar