Flora Xəlilzadənin 65 illiyinə həsr olunmuş mərasim keçrilib


Digərləri 04 Okt 2018 16:16:00 308 0

Flora Xəlilzadənin 65 illiyinə həsr olunmuş mərasim keçrilib

BMM-də Flora Xəlilzadənin 65 illiyinə həsr olunmuş mərasim keçrilib

Bakı. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist Flora Xəlilzadənin 65 illiyinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı, professor Cahangir Məmmədli, QHT rəhbərləri,media nümayəndələrinin rəhbərləri və qələm dostları iştirak edib. Tədbirdə çıxış edən Əflatun Amaşov qonaqları salamlayaraq, Flora xanım haqqında danışıb. O, Flora Xəlilzadənin böyük ziyalı, jurnalist və dəyərli şairə olduğunu, 22 kitabının işıq üzü gördüyünü xatırladıb. S.Vəliyeva da Flora xanımı təbrik edərək, onun yaradıcılığından bəhs edib: “Flora xanımın bütün yaradıcılığı ilə tanışam. Flora Xəlilzadə “İctimai” televiziyaya gedəndə illərlə ürəyində yataratdığı arzusunu reallaşdırdı. Məhz dünyadan köçmüş şəxsiyyətləri yeni nəslə tanıtdır. Düşünürəm ki, bunu gənc nəsillər də davam etdirməlidir. Flora xanımın özünəməxsus dəsti-xətti var. Onun yazısında imzası olmasa belə, başlıqdan hiss etmək olur ki, müəllif Flora xanımdır”. KİVDF-nin icraçı direktoru V.Səfərli də Flora Xəlilzadəni təbrik edərək, onun xidmətlərinə görə dövlət tərəfindən mükafatlandırıldığını bildirib: “Bu gün bizim üçün çox əziz gündür. Flora Xəlilzadə imzası hamıya tanışdır. Flora xanım uzun müddət qəzetlərdə, jurnallarda tanışıb. Onun əməyi dövlət tərəfindən, prezident tərəfindən qiymətləndirilib. “Tərəqqi” medalı ilə, Əməkdar jurnalist adı ilə təltif olunub. Eyni zamanda, xidmətləri nəzərə alınaraq, cənab Prezident İlham Əliyev tərəfindən mənzillə təmin edilib. Flora xanım düzü düz, əyrini əyri deyən adamdır. Arzulayıram ki, o, hər zaman belə gənc qalsın”. C.Məmmədli Flora xanımın tələbəlik illərindən dərin ədəbi biliklərə, istedada malik olduğunu deyib:“Onun bütün kitablarına, yazılarına bələdəm. O, ziyalıların həyatını tam araşdırmadan efirə çıxmır. İşinə çox məsuliyyətli, peşəkar şəkildə yanaşır. Onun ailəsini də çox gözəl tanıyıram, ziyalı ailədir”.