Ağstafada top mərmisi aşkarlanıb


Digərləri 04 Okt 2018 15:28:55 224 0

Ağstafada top mərmisi aşkarlanıb

Ağstafada göl kənarında 100 mm-lik top mərmisi aşkar olunub.

Bakı. Ağstafada göl kənarında 100 mm-lik top mərmisi aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 10:12-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının əməkdaşları dərhal həmin əraziyə göndərilib.