Gəray Fərhadov şuranın üzvlüyündən çıxarıdı


Digərləri 04 Okt 2018 14:37:00 365 0

Gəray Fərhadov şuranın üzvlüyündən çıxarıdı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədr müavini Gəray Fərhadov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb.

Son.az report-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının tərkibinin təsdiqlənməsi ilə bağlı qərarına əsasən, G.Fərhadovla yanaşı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov da üzvlükdən xaric edilib.

Onun yerinə nazirin digər müavini Mətin Kərimli təyin edilib.