İqtisad Universitetinin tələbəsi vəhşicəsinə döyüldü


Digərləri 04 Okt 2018 14:14:32 301 0

İqtisad Universitetinin tələbəsi vəhşicəsinə döyüldü

Zaqatalada İqtisad Universitetinin tələbəsi döyülüb.

Son.az report-a istinadən xəbər verir ki, oktyabrın 3-dən 4-ə keçən gecə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının tələbəsi 1998-ci il təvəllüdlü Röyal Rövşən oğlu Bədirov qapalı kəllə-beyn travması və bədənin yumşaq toxumalarının əziyi dioqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan sayta bildirlib ki, Röyal Bədirov müayinə zamanı Zaqatala şəhər ərazisində tanımadığı şəxslər tərəfindən döyüldüyünü bildirib. Röyal Bədirova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.