Ağsu dolaylarına alternativ olan 16 kilometrlik yeni yol çəkiləcək


Digərləri 04 Okt 2018 13:49:29 323 0

Ağsu dolaylarına alternativ olan 16 kilometrlik yeni yol çəkiləcək

Ağsu dolaylarından istifadə etmədən Şamaxıdan Ağsuya yeni avtomobil yolu çəkiləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, yeni tikiləcək yol Bakı-Şamaxı-Yevlax yolunu birləşdirəcək: "Bakı-Şamaxı-Yevlax avtomobil yolu Ağsu dolaylarından keçir. 14 kilometr uzunluğunda olan Ağsu dolayları isə sürüşmə zonasında yerləşir. Buna görə də Bakı-Şamaxı-Yevlax avtomobil yolu Muğanlı qəsəbəsindən başqa istiqamətə çəkiləcək. Yeni tikiləcək yolun uzunluğu 16 kilometr olacaq. Həmin yol Muğanlı qəsəbəsindən başlayaraq Ağsu çayının kənarı ilə tikiləcək və birbaşa Ağsu rayonunda Bakı-Şamaxı-Yevlax yoluna birləşəcək".