Muğanbankdan Union Pay kampaniyası


Digərləri 04 Okt 2018 13:11:00 245 0

Muğanbankdan Union Pay kampaniyası

"Muğanbank" ASC yeni kampaniyaya start verir. "Muğanbank" ASC-də əmanət yerləşdirən müştərilərə, UnionPay Classic, UnionPay Platinum, UnionPay Gold, UnionPay Diamond plastik kartlarından hər hansı biri hədiyyə olunacaq. Qeyd edək ki, müştərilərə, əlavə olaraq, faizləri götürmək üçün Visa Electron plastik kartı da təqdim olunur. Bu kartlarla onlayn alış-veriş etmək, ölkə ərazisində və xarici ölkələrdə müxtəlif ödənişlər aparmaq, eləcə də bir çox elektron bank xidmətlərindən faydalanmaq olar. Plastik kart sahibləri, bank tərəfindən təklif edilən "Card to Card", "SMS notification", "Mobilbank" kimi xidmətlərdən də istifadə edə bilərlər. 

Kampaniya 02.10.2018 -ci il tarixindən 30.12.2018-ci il tarixinə kimi davam edəcək.