Bu uşaq hamını təəccübləndirir 10 yaşlı “canlı naviqator” VİDEO FOTO


Digərləri 04 Okt 2018 12:21:00 449 0

Bu uşaq hamını təəccübləndirir  10 yaşlı “canlı naviqator”  VİDEO  FOTO

İstər yerli, istərsə də xarici mətbuatda azyaşlıların müxtəlif bacarıqları ilə bağlı yayımlanan videolar insanlarda xüsusi heyranlıq doğurur. Kimisi çətin riyazi əməlləri şifahi edir, kimisi müxtəlif dillərdə səlis danışır, kimisi isə coğrafi bilikləri ilə hamını heyrətə salır.

Son.az xəbər verir ki, qafqazinfo-nun qonağı 10 yaşlı İlham İskəndərovu görənlər onu canlı naviqator adlandırır. Belə ki, o, Bakı və Bakıətrafı fəaliyyət göstərən bütün marşrut xətlərini əzbər bilir. Evi şəhərin mərkəzində olsa da, bəlkə də heç vaxt getmədiyi paytaxt kəndlərinə işləyən marşrut yollarını da ondan yaxşı bilən olmaz.  

Babası Məmmədağa Yusubovun sözlərinə görə, bu maraq İlhamda 3 yaşından yaranıb:

"Heç 4 yaşı olmazdı. Dayanacaqda avtobus gözləyirdik. Bir sərnişin bizdən Zabrata necə gedə biləcəyini soruşdu. Biz bilmədik. Bu arada nəvəm dedi ki, filan dayanacaqdan 172-yə minib gedə bilər. Hamımız bir-birimizə baxdıq".

Elə İlhamın özü də bu bacarığının yaranmasında səbəbkar kimi babasını görür:


Xəbərə aid fotolar