Bakı yollarında tıxacın əsas səbəbi açıqlandı


Digərləri 04 Okt 2018 11:10:00 251 0

Bakı yollarında tıxacın əsas səbəbi açıqlandı

"Bakı şəhərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini, avtomobil yollarında süni sıxlığın, ləngimələrin, tıxacların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Yeni tədris ilinin başlanması, orta və ali təhsil ocaqlarına bitişik küçə və prospektlərdə hərəkətin intensivliyini nəzərə alaraq, hərəkət iştirakçılarının təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə sıxlığın müşahidə olunduğu ərazilərdə - yol ayrıclarında, piyada keçidlərində tərəfimizdən hərəkətin tənzimlənməsi üçün günün pik saatlarında əlavə naryadlar cəlb olunur".

Son.az xəbər verir ki, bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, orta məktəblərin yerləşdiyi ərazilərdə, yaxud onlara yaxın yollarda yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında, piyadalar üçün keçid zolaqlarında mütəmadi olaraq reydlər keçirilir, qadağan olunan yerlərdən piyada hərəkətinin qarşısını almaq üçün profilaktiki iş aparılır: "Eyni zamanda, sürət həddinin aşılması, yolayrıclarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı mübarizə tədbirləri diqqətdə saxlanılır.