Azərbaycanda əhali arasında daha çox depressiya kimi psixi xəstəlik müşahidə edilir


Digərləri 04 Okt 2018 08:04:00 317 0

Azərbaycanda əhali arasında daha çox depressiya kimi psixi xəstəlik müşahidə edilir

Azərbaycanda əhali arasında daha çox sərhədyani psixi xəstəliklər - affektiv pozuntular, əhval-ruhiyyə pozuntuları, xüsusilə depressiya kimi psixi xəstəliklər müşahidə edilir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib.

Onun sözlərinə görə, ölkədə depressiya və depressiv spekterli xəstəliklərdən əziyyət çəkənlərin sayı artmaqdadır. Bununla yanaşı, stres, gərginlikdən yaranan xəstəliklər olan təşviş, həyəcan pozuntuları-nevrozlardan da əziyyət çəkənlərin sayı artır. Kəskin psixozlar, məsələn şizofreniya xəstəliyində isə çox böyük artım müşahidə edilmir. Bu xəstəliklə il ərzində xəstələnmə göstəricisi təxminən 1 faiz civarında olur.

G.Gəraybəyli qeyd edib ki, depressiyalar, affektiv pozuntular daha çox qadınlar arasında müşahidə edilir. Nevrotik pozuntular - təşviş, həyəcan pozuntularına isə daha çox kişilər arasında rast gəlinir.

Mütəxəssis psixi xəstəliklərin daha çox cavan və orta yaşlı insanlar arasında müşahidə edildiyini də söyləyib.

Professor qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan psixi xəstələrin sayının artması isə psixiatriya yardımı üzrə tibbi xidmətin səviyyəsinin yüksəlməsi ilə izah oluna bilər: