iPhonea müdaxilə üsulu aşkar edilib VİDEO


Digərləri 04 Okt 2018 08:05:00 224 0

iPhonea müdaxilə üsulu aşkar edilib  VİDEO

"YouTube"da yerləşdirilmiş çarxda "Siri" səsli köməkçisinin yardımı ilə "iPhone" smartfonuna müdaxilə üsulu göstərilib.   Son.az ICTnews-a istinadən bildirir ki, videoda blokdan çıxarma kodunu bilmədən smartfonun telefon kitabındakı kontaktların məlumatlarına müdaxilə nümayiş etdirilib. Bunun üçün qurğuda aktivləşdirilmiş telefon nömrəsini bilmək kifayətdir.   Blokdan çıxarma kodunu daxil etməni keçmək üçün "Siri"nin köməyi ilə "VoiceOver" proqramını işə salmaq, bundan sonra telefona zəng vurmaq və mesajla çağırış etmək lazımdır. Bundan sonra telefon kitabını açmaq və əlaqələrə giriş əldə etmək olar.   Bu problem cari il sentyabrın ortalarında "iPhone" üçün çıxarılmış yeni "iOS 12" əməliyyat sistemində aşkar edilib.