Adanalılardan NASAya sual: "Günəşə atəş açsaq, sərinləyərəkmi?"


Digərləri 03 Okt 2018 23:33:00 301 0

Adanalılardan NASAya sual: "Günəşə atəş açsaq, sərinləyərəkmi?"

Adanada keçirilən bir tədbirdə NASA ilə canlı əlaqə qurulub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, adanalılar NASA-ya "Adana çox istidir, günəşə atəş açsaq, sərinləməyimizə kömək edərmi?" sualını ünvanlayıblar. NASA isə bu suala "Atəş açmaq azdır, raket atmaq lazımdır" cavabını verib.

Tədbir Çukurova universiteti, Elm-Texnologiya universiteti, Türk Aviasiya qurumu və digər təşkilatların dəstəyi ilə baş tutub. Tədbirin sonuncu günündə NASA-da işləyən Umut Yıldız ilə görüntülü birbaşa əlaqə yaradılıb. Alim uşaqlara NASA-dakı kosmik tədqiqatlar və kainatın sirlərindən danışıb.