Azərbaycandakı universitetlərin bəziləri bağlanarsa...


Digərləri 03 Okt 2018 22:14:00 330 0

Azərbaycandakı universitetlərin bəziləri bağlanarsa...

Ekspert deyir ki, ali təhsil ocaqlarını birləşdirməklə, keyfiyyəti yüksəltmək olar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə Milli Məclisin iclasında "Təhsil haqqında" (birinci oxunuşda) və "Elm haqqında" qanunlara eyni mahiyyətli dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirəyə çıxarılıb. Müzakirələr zamanı millət vəkili Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib: "Azərbaycanda bu qədər ali məktəbə, universitetlərə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə, diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə savaddan danışmağına dəyər. Bunlara son qoyulmalıdır". 

Vitse-spiker Bahar Muradova isə onun iradı ilə razılaşmayıb: "Burada bir məsələ mənim izzəti-nəfsimə toxundu. Deyildi ki, Azərbaycan universitetlərində normal təhsil verilmir. Bu, kökündən səhv bir yanaşmadır. Bu yanaşma ilə barışa bilmərik. Azərbaycanın ali məktəbləri, universitetləri kifayət qədər savadlı, bilikli, normal mütəxəssislər yetişdirib və yetişdirir".    Qeyd edək ki, müzakirələrdən sonra hər iki sənəd səsə qoyulub, bütövlükdə və birinci oxunuşda  qəbul edilib.