Avropada ən böyük 3Dplanetari açılır


Digərləri 03 Okt 2018 22:05:00 256 0

Avropada ən böyük 3Dplanetari açılır

Brnodakı rəsədxananın və planetari haqlı olaraq müxtəlif elmləri, o cümlədən astronomiyanı populyarlaşdıran mərkəz hesab edilir. Oktyabrın 5-dən etibarən buraya gələnlər ulduzların və planetlərin yeni, daha parlaq rəng komponentlərini fərqləndirə biləcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mərkəzin əməkdaşları maksimal stereoskopik effekt yaradılması üçün tikilmiş yeni 3D-planetarini jurnalistlərə təqdim ediblər. Əməkdaşların sözlərinə görə, bu, Mərkəzi Avropada 3D imkanların dəstəkləyən proyektorlarla işləyən ən böyük planetaridir. Yeni planetarinin təchizatına Brno şəhər büdcəsindən 39 milyon kron (1,5 milyon avro) sərmayə qoyulub. Binanın yenidən qurulması və texniki xarakterli dəyişikliklər üçün daha 10 milyon kron xərcləmək lazım gəlib.