Bakının mərkəzində qanunsuz parkinq Çay evlərinə gələnlər tıxac yaradır VİDEO


Digərləri 03 Okt 2018 21:53:00 261 0

Bakının mərkəzində qanunsuz parkinq  Çay evlərinə gələnlər tıxac yaradır  VİDEO

Axşam saatlarında paytaxt Bakının müxtəlif ərazisində sürücülərin məsuliyyətsizliyi ucbatından sıxlıq yaşanır.

Son.az bildirir ki, belə ərazilərdən biri də Xətai rayonu, Afiyəddin Cəlilov küçəsidir. Burada yerləşən müxtəlif çay evlərinə gələn vətəndaşlar avtomobillərini parkinqlərdə yox, yolun ortasındakı təhlükəsizlik adacığında və hərəkət hissəsində saxlayırlar. Bu isə müxtəlif hissələrə aparan yolları daraldır.

Demək olar ki, hər gün axşam saatlarında, hərəkətin pik olduğu vaxtda bu mənzərə yaşanır. Yaxınlıqda məşhur əyləncə mərkəzinin dayanacağı olsa da, bəzi sürücülər maşınlarını yolun ortasında saxlamağa üstünlük verirlər.

Sözügedən ərazidə avtomobillərin park edilməsinə icazə verən heç bir nişan yoxdur. Əksinə, parkinqi qadağan edən nişanlanma xətti var, amma üzərində maşınlar dayandığından onu axşam lentə almaq mümkün olmadı.

Avtomobillərin bir hissəsi təhlükəsizlik adacığının içərisində, bir qismi isə yolun ortasında saxlanıldığından Xətai metrosu, eləcə də mərəkəzə doğru aparan yol xeyli daralır.