Gənc qadın Facebooku məhkəməyə verdi


Digərləri 03 Okt 2018 19:36:00 226 0

Gənc qadın Facebooku məhkəməyə verdi

ABŞ vətəndaşı olan gənc qadın Facebook-u məhkəməyə verib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, qadın iddia edib ki, 6 il əvvəl, onun 15 yaşı olan zaman Facebook-da biri ilə tanış olub. Həmin şəxs qıza model kimi fəaliyyət göstərmək işini təklif edib. Qız işi qəbul edib və həmin adamla görüşüb. Nəticədə həmin şəxs qızı müxtəlif kişilərlə sekslə məşğul olmağa məcbur edib. Qızı döyüb zorlayıblar.

"Facebook təcavüzkarlara 10 yaşından böyükləri özlərinə qurban etmək şəraiti yaradır. İnsanların birləşməsindən mənfəət əldə edilirsə, insanları birləşdirdiyiniz insanlardan qorumalısınız"- deyə zərərçəkənin vəkili bildirib.

O, qeyd edib ki, sosial şəbəkənin yetkinlik yaşına çatmamış şəxslərlə əlaqə saxlayacaq şəxslərin şəxsiyyətini yoxlaması kifayət deyil.