Vertolyotla həbsxanadan qaçan qanqster yaxalandı


Digərləri 03 Okt 2018 19:16:00 262 0

Vertolyotla həbsxanadan qaçan qanqster yaxalandı

Ötən gecə Fransa polisi iyul ayında vertolyotla həbsxanadan qaçan residivist Reduana Faidi yaxalayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə RTL kanalı məlumat yayıb. Məlumata görə, üç ay azadlıqda qala bilən qanqster dogma şəhəri - Parisin şimalındakı Kreyl bölgəsində ələ keçib. Onunla birgə daha 6 nəfər - qardaşı Raşid və iki yaxın qohumu da həbs edilib. Mənzildən silah-sursat da aşkarlanaraq götürülüb.

Qeyd edək ki, 25 il həbs cəzası almış 46 yaşlı Faid iyulun 1-də gündüz saatlarında həbsxanadan qaça bilib. Məhbusun qaçışı dustaqlar üçün nəzərdə tutulan görüş zamanı baş verib. Faid silahlı şəxslərin yardımı ilə vertolyotla qaça bilib.