Rusiyada içkili keşiş çanta və maşın oğurlayıb - Məhkəmə hökm verdi


Digərləri 03 Okt 2018 17:38:00 271 0

Rusiyada içkili keşiş çanta və maşın oğurlayıb - Məhkəmə hökm verdi

Rusiyada içkili keşiş çanta və maşın oğurlayıb.

Bakı. Rusiyanın Perm şəhərinin Sverdlovsk rayon məhkəməsi içkili vəziyyətdə ticarət mərkəzindən çanta, eləcə də avtomobil oğurlayan keşiş barəsində hökm çıxarıb. Trend-in məlumatına görə, məhkəmə materiallarına əsasən, keşişə qarşı RF Cinayət Məcəlləsinin iki maddəsi ("Oğurluq" və "Oğurluq məqsədi olmadan avtomobil və ya digər nəqliyyat vasitəsinə qanunsuz yiyələnmə") üzrə cinayət işi açılıb.