Yeni mağazadan smartfon alan hər bir müştəri "Azercell"dən 150 manat hədiyyə qazanacaq


Digərləri 03 Okt 2018 17:12:22 247 0

Yeni mağazadan smartfon alan hər bir müştəri "Azercell"dən 150 manat hədiyyə qazanacaq

Azercell Beyləqanda yeni ekskluziv mağazasını açdı

Bakı. Ölkəmizdə innovativ müştəri xidmətləri modelini quran və həyata keçirməkdə davam edən, hər zaman abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC Beyləqanda yeni ekskluziv mağazasının açılışını edib. “Azercell Telekom”dan Trend-ə verilən məlumata görə, oktyabrın 3-dən etibarən Azercell Sərdar İmrəliyev küç. 265 ünvanında yerləşən yeni konsepsiyalı mağazasını Beyləqan şəhərində yaşayan abunəçilərinin ixtiyarına verib. Mağazanın açılışı ilə əlaqədar Azercell bütün müştəriləri üçün yeni Smartfon kampaniyasını da təqdim edir. Belə ki, 03 oktyabr 2018-ci il tarixindən ilk 7 gün ərzində Beyləqan Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Məlumat üçün bildirək ki, yeni mağaza abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şərait və ən müasir avadanlıqla təmin olunub. Mağazada abunəçilər peşəkar satış mütəxəssislərdən istədiyi məhsul haqda məlumat ala, onu sınaqdan keçirə bilərlər, gündəlik istifadələri üçün müxtəlif cihazlar (MiFi, USB modem və s.), aksessuarlar əldə edə, mobil telefonları kredit və nəğd şəkildə ala bilərlər. Abunəçilər burada həmçinin şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bir çox əməliyyatları da icra edə bilərlər.