Hansı ölkələr sanksiya rejimində İrana neft ixracında kömək edə bilər?


Dünya 03 Okt 2018 16:20:00 280 0

Hansı ölkələr sanksiya rejimində İrana neft ixracında kömək edə bilər?

"Noyabrın 4-də, ABŞ-ın İran neftinin idxalına sanksiyalarının qüvvəyə mindiyi gün İran neft ixracatı baxımından çox çətin mövqeyə düşəcək".

Son.az xəbər verir ki, bunu Trend-ə Enerji, Təbii Ehtiyatlar və Geosiyasət Mərkəzinin direktoru, Qlobal Təhlükəsizlik Təhlili İnstitutunun aparıcı eksperti, "International Market Analysis" şirkətinin təsisçisi Ariel Koen deyib.

Onun sözlərinə görə, İran neft satışından ABŞ dolları ilə vəsait əldə etməyəcək:

"Bu sanksiyaları pozmağa çalışan müxtəlif ölkələrin şirkət və mərkəzi banklarına təkrar sanksiyalar tətbiq olunacaq".

A.Koen qeyd edib ki, İran həm neft satışı baxımından çətinliklərlə, həm də ölkədaxili problemlərlə üzləşəcək: