Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb


Digərləri 03 Okt 2018 15:08:00 253 0

Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Azərbaycanda qadın orta məktəb direktorlarının sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2017-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 33,8 faizdən 35,2 faizə qədər artıb.

Ümumilikdə əyani ümumi təhsil müəssisələrində qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 1,3 faiz çoxalıb.

Ümumi orta təhsil müəssisələrində direktorların 23,8 faizi qadın, 76,2 faizi kişi, tam orta təhsil müəssisələrində direktorların 35,2 faizi qadın, 64,8 faizi kişidir.