Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb


Digərləri 03 Okt 2018 15:03:22 220 0

Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Azərbaycanda qadın orta məktəb direktorlarının sayı artıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda qadın orta məktəb direktorlarının sayı artıb. Trend-in məlumatına görə, 2017-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 33,8 faizdən 35,2 faizə qədər artıb. Ümumilikdə əyani ümumi təhsil müəssisələrində qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 1,3 faiz çoxalıb.